Qız Qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun Ümumdünya İrs siyahısına salınmışdır. Qız Qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub – şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmamışdır.
Daha ətraflı »Qız Qalası — Virtual Turu
Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir azərbaycanlının qürur duyduğu məkan “İçərişəhər” min illik tarixə malik olmuş və Azərbaycan dövlətçiliyinin rəmzi sayılan Şirvanşahlar dövlətinin paytaxtı qədim Bakının tarixi mərkəzidir. Qız Qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun Ümumdünya İrs siyahısına salınmışdır.
Daha ətraflı »