“İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisi, kolleksioner Bəhruz Hüseynzadə sizə Bakının zəngin və unikal tarixi memarlığını əks etdirən fotolardan başqa, Azərbaycanın, eləcə də dünya fotoqrafiya sənətinə, fotonun tarixinə aid rəngarəng sərgilərin təqdim edildiyi bu məkan haqqında danışacaqdır.
Daha ətraflı »“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Yeraltı Hamam
Təqdim edilən videoçarxda “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova bərpa və konservasiya edilmiş hamam abidəsinin tarixi, su təminatı, isitmə sistemi haqqında bu günədək bilmədiyiniz ən yeni məlumatları verəcəkdir.
Daha ətraflı »“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Xan Sarayı Kompleksi
Tanınmış teleaparıcı Rahib Azərinin uşaqlıq və gənclik illərini keçirdiyi qədim Bakı qalasına, İçərişəhərə səyahəti haqqında videoçarxı təqdim edirik. Həyatının çox hissəsini İçərişəhərlə bağlamış olan jurnalistin əməkdaşlarımızla “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyaları haqqında olan söhbətini izləməyə tələsin!
Daha ətraflı »“Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən "İçərişəhər" Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir.
Daha ətraflı »Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi keçirildi
EKM Global Consulting GMbH şirkəti ilə imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumu 2 Mart, 2021-ci il tarixində saat 12:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Almaniyanın "EKM" Global Consulting GMbH şirkəti və “start-upper” Səbinə Zülalova ilə birgə hazırlanmış olduqları dövlətçilik tariximizin rəmzi hesab olunan XII-XV əsr abidəsi Şirvanşahlar Sarayı Kompleksinin 3600-li 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi Saray Kompleksinin "Taxt-tac" zalında mərhələli formada baş tutmuşdur.
Daha ətraflı »«Qurama» sənətinin yenidən bərpa olunmasına start verilir
2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilir.
Daha ətraflı »“İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Kazan şəhərində səfərdə olub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Tatarıstan Respublikasının Kazan şəhərində səfərdə ezamiyyətdə olmuşdur. Nümayəndə heyətinə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu rəhbərlik etmişlər.
Daha ətraflı »“Bəşəriyyətin ilk incə sənəti” adlı beynəlxalq tədbir keçirmişdir
Bəşəriyyətin ilk incə sənəti 2019-cu il 9 oktyabr tarixi Avropa Şurası tərəfindən həril “Avropa Qayaüstü İncəsənəti Günü” kimi qeyd edilməsi elan olunmuş və bu hadisə “Avropa İrs günləri” (EUROPEAN HERITAGE DAYS) layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilmişdir.
Daha ətraflı »El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçirilmişdir
28 sentyabr – 4 oktyabr 2019-cu il tarixlərində “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsi ilə İslamTarixi, Mədəniyyəti və İncəsənəti Araşdırmalar Mərkəzi (IRCICA) birlikdə Azərbaycanın paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və bu çərçivədə 29–30 sentyabr tarixlərində “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresi keçirilmişdir.
Daha ətraflı »İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi sənətkarlıq Festivalını keçiriləcək
28 sentyabr - 4 oktyabr 2019-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) birlikdə İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi sənətkarlıq Festivalını keçiriləcəklər.
Daha ətraflı »