Ana səhifəl / Xəbərlər / Tədbirlər / Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi keçirildi

Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi keçirildi

EKM Global Consulting GMbH şirkəti ilə imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumu 2 Mart, 2021-ci il tarixində saat 12:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Almaniyanın «EKM» Global Consulting GMbH şirkəti və “start-upper” Səbinə Zülalova ilə birgə hazırlanmış olduqları dövlətçilik tariximizin rəmzi hesab olunan XII-XV əsr abidəsi Şirvanşahlar Sarayı Kompleksinin 3600-li 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi Saray Kompleksinin «Taxt-tac» zalında mərhələli formada baş tutmuşdur.

İçərişəhərin tarixi-memarlıq abidələrinin 3600-li 3 D virtual gürüntülərinin hazırlanması istiqamətində İDTMQİ-si və Almaniyanın əsasında tərəflər arasında işgüzar münasibətlər hələ də davam etdirilir.

Birgə əməkdaşlığın təqdirəlayiq nəticəsi olaraq artıq şirkət tərəfindən 2020-ci ilin fevral ayında Bəylər məscidi, 18 May Beynəlxalq Muzeylər günü ərəfəsində isə Qız Qalası tarixi-memarlıq abidələrinin 3600-li 3 D virtual turları hazırlanmışdır.

Növbəti dəfə isə, tariximiz üçün çox vacib və əlamətdar bir hadisə olacaq Şirvanşahlar Sarayı Kompleksinin 3600-li 3 D virtual layihəsinin təqdimat mərasimi keçirlir. Şirkət tərəfindən hazırlanmış sayca 3-cü olan bu geniş və maraqlı layihə İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə YUNESKO-nun «Dünya Mədəni İrsi» siyahısına daxil edilməsinin 20 illiyi münasibətilə ərsəyə gətirilmişdir.

3600-li 3 D virtual turların geniş kütləyə təqdim olunması ölkədəki mövcud karantin rejiminin yumşaldılmasından sonra muzey və sərgi salonlarının, həmçinin təhsil müəssisələrinin mərhələli şəkildə açılması ilə muzeylərimizə olan marağın artdığı bir zaman üçün tam uyğun və lazımlı bir addımdır.

Burada bizim əsas məqsədimiz insanların məsafəli şəkildə muzey və ekspozisiyalarımızı ziyarət edə bilməsi və mariflənməsi, həmçinin təhsil müəssisələrinin Azərbaycan tarixini, memarlığını, ədəbiyyatını, incəsənətini və s. öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadə edə bilməsidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *