Ana səhifəl / Muzeylər və ekspozisiyalar / Muzeylər / Sıratağlı dini-memarlıq kompleksi

Sıratağlı dini-memarlıq kompleksi

Qədim tariximizin mühüm bir qolunu təşkil edən dini sitayiş məbədləri  abidələr arasında  xüsusi yeri tutur. Bu da “İçərişəhərin”  timsalında özünü daha qabarıq şəkildə büruzə verə bilmişdir. 

Dini məqsədlər üçün inşa edilən tikililərin ən maraqlısı Sıratağlı dini-memarlıq kompleksi — Müqəddəs məkan xanəgahdır. Abidə 1964 – ci ildə Bakı Qız qalasının yaxınlığında arxeoloji qazıntı işləri aparılan zaman  aşkar edilmişdir. Abidə XII – XIII  əsrlərə aiddir.

Abidənin bir neçə mədəni təbəqədə  yerləşməsi onun qədimliyindən və bu məkanın yüzilliklərlə müqəddəs sitayiş yeri olduğundan xəbər verir.

Arxeoloji qazıntılar zamanı həmin həyətin döşəməsindən 50-dən artıq bir birinin yaxınlığında yerləşən qəbirlər aşkar edilmişdir. Məzarlar müxtəlif istiqamətdə yerləşirdilər. Kəbəyə (cənub — qərb) tərəfə yönəlmiş qəbirlər  müsəlman qəbirləri olduğuna işarə verir. Aşkar edilən məzarlar arasında islamdan qabaq olan dəfn yerləridə vardır. Bunu onların həm istiqaməti həm də  dəfn üslubu təsdiq edir. Məzarlıqlardakı sümüklər qəbrin bir tərəfində toplanmış şəkildə aşkar edilmişdir ki, bu da təkrar dəfn olunma haqqında xəbər verir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *