Saray Məclisi

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə may ayından etibarən “Muzeydə muğam axşamları” adlı silsilə layihəsini təqdim etmişdir.

“Saray Məclisi” konserti Beynəlxalq Muzeylər günü ərəfəsində, Şirvanşahlar Saray Kompleksində, 20 May 2019-cu il tarixində xalq artisti Mənsum İbrahimovun ifası ilə açılmışdır. Xanəndəni əməkdar artistlər — tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov və musiqi nömrələri arasında qonaqlarımız respublikanın əməkdar artisti, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşmüşdülər.

Həmçinin yoxlayın

«İçərişəhər» Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Fotoqrafiya Evi

“İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisi, kolleksioner Bəhruz Hüseynzadə sizə Bakının zəngin və unikal tarixi memarlığını əks etdirən fotolardan başqa, Azərbaycanın, eləcə də dünya fotoqrafiya sənətinə, fotonun tarixinə aid rəngarəng sərgilərin təqdim edildiyi bu məkan haqqında danışacaqdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *