Ana səhifəl / Xəbərlər / Tədbirlər / «Qurama» sənətinin yenidən bərpa olunmasına start verilir

«Qurama» sənətinin yenidən bərpa olunmasına start verilir

2020-ci ilin dekabr ayından başlayaraq «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» Muzey Mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən «Qurama» sənətinin yenidən bərpa olunmasına start verilir.

Bakı Şəhər Məşğulluq Mərkəzi filialı, «İçərişəhər» Muzey Mərkəzi ilə qarşılıqlı şəkildə «Qala» Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində sənətkarlığın inkişafı və işə ehtiyacı olan qadınların işlə təmin edilməsi məqsədilə başlayacağı yeni layihəyə Qala qəsəbə sakini olan 7 nəfər qadın cəlb ediləcəkdir. Layihədə yer alan xanımlara Muzey Mərkəzinin təşkilatçılığı ilə, «Qurama» sənəti üzrə mütəxəssis, beynəlxalq “Qurama” səgirlərinin iştirakçısı Sevil Məmmədovanın rəhbərliyi ilə xüsusi təlimlər keçiriləcəkdir. Burada birbaşa işlə təmin olunan qadınlarımız, eyni zamanda unudulmaqda olan «Qurama» sənətinin incəliklərinə yiyələnəcək həm də bu sənəti inkişaf etdirəcəklər.

Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan «Qurama» sənətinə yeni həyatın verilməsidir.

Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi «Qurama» sənəti Azərbaycanın bədii sənət mədəniyyətində özünəməxsus yer tutur. Bu sənət növü əvvəllər qənaət məqsədilə istiafadə olunsa da sonralar tikmə sənətinin bir növü kimi kütləvi məişətdə özünə geniş yer tapmışdır. Lakin çətin sənət növü olan «Qurama» zaman keçdikcə tədricən öz aktivliyini itirməyə başlamışdır.

 

Həyata keçirilən bu layihədə əsas məqsədlərimizdən biri də Qala qoruğunda etno sənət növlərinin və ənənələrin yaşadılması, inkişafı və təbliğ olunmasıdır. Həmçinin bu istiqamətdə Qala kəndinin yerli sakinləri arasında sənətkarlığı inkişaf etdirmək, yoxa çıxmaq və itmək üzrə olan «Qurama» sənətinə yeni nəfəs verərək yaşatmaq, onu dünyaya tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. Eyni zamanda bu sənət növünü interaktiv turlara daxil edərək ölkəmizə gələn yerli və xarici turistlərin diqqətini «Qala» qoruğuna cəlb etməklə, marağın artırılmasıdır.

«Qurama» sənətinin bərpa layihəsinin uğurlu nəticəsi kimi, gələcəkdə Qala qoruğunun «Qurama.az» brend məhsullarının hazırlanması da iş planına daxil edilə bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *