Qız Qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO — nun Ümumdünya İrs siyahısına salınmışdır.
Qız Qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub – şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmamışdır. Bir çox tədqiqatçılar Qız Qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah olduğunu qeyd edirlər. Onların fikrincə, bu vaxtilə günəşə sitayiş edən yerli sakinlərin inanc və ayinləri ilə bağlı olmuşdur. Bir sıra alimlərin fikrincə bu zərdüştlərin daxmasıdır. Onlar ölən həmyerlilərini qalanın yuxarısına yerləşdirib, quşlara yem edirdilər, sonra isə sümüklərini divarda yerləşən borular vasitəsilə yerə endirib dəfn edirdilər. Ona görə onlar QQ e. ə. VIII — VII əsrlərə aid edirlər.
Alimlərin bir qismi QQ Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edir və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər.
Qız Qalasının günəşin illik dövr etməsinin və qədim insanlar üçün bəzi önəmli göy cisimlərini müşahidə etmək imkanı verdiyi üçün bir qrup alimin həmin abidənin qədim rəsədxana kimi istifadə olunması fərziyyəsində israrlı olmasına əsas verir.
Qala divarları daxilində iki şaquli boşluq vardır. Bunlardan biri daşdan hörülmüş su quyusu olaraq birbaşa üçüncü mərtəbəyə açılır. Quyunun ümumi dərinliyi 21metr təşkil edir. Quyunun suyu analizə verilmişdir və su içməyə yararlıdır.
I mərtəbə
Birinci mərtəbədə nümayiş olunan e.ə. II — I əsrlərə aid arxeolojı artefaktlar QQ ətrafından arxeolojı qazıntılar zamanı aşkar olunmuşdur. Bunlar Bakı şəhərinin hələ antik dövrlərdə mövcud olduğu haqda məlumat verir. Antik dövr artefaktların aşkar olunduğu Asəf Zeynallı küçəsi (QQ ilə Məhəmməd məscidinə qədər məsafə) çox güman ki şəhərin ən qədim yeridir. Xəzər dənizinin dəfələrlə səviyyəsini dəyişdiyini və antik şəhərlərin sulara qərq olduğunu nəzərə alsaq demək olar ki, antik Bakı Xəzər dənizi sularının altındadır. Elektron tabloda Qız Qalasının bütün mərtəbələrində nümayiş olunan materialların qısa xülasəsi təqdim olunur.
II mərtəbə
İkinci mərtəbədə video görüntülər vasitəsilə Qız Qalası haqqında olan bir neçə fərziyyə nümayiş olunur.
Bir sıra alimlərin fikrincə bu zərdüştlərin daxmasıdır. Onlar ölən həmyerlilərini qalanın yuxarısına yerləşdirib, quşlara yem edirdilər, sonra isə sümüklərini divarda yerləşən borular vasitəsilə yerə endirib dəfn edirdilər. Ona görə onlar QQ e. ə. VIII — VII əsrlərə aid edirlər.
Alimlərin bir qismi QQ Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş istehkam hesab edir və təhlükə zamanı qalanın üzərindən digər qalalara həyəcan siqnalının ötürülməsi üçün istifadə olunduğunu qeyd edirlər.
Qız Qalasının günəşin illik dövr etməsinin və qədim insanlar üçün bəzi önəmli göy cisimlərini müşahidə etmək imkanı verdiyi üçün bir qrup alimin həmin abidənin qədim rəsədxana kimi istifadə olunması fərziyyəsində israrlı olmasına əsas verir.
III mərtəbə
Qız Qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub – şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmayıb.
Qala divarları daxilində iki şaquli boşluq vardır. Bunlardan biri daşdan hörülmüş su quyusu olaraq birbaşa üçüncü mərtəbəyə açılır. Quyunun ümumi dərinliyi 21metr təşkil edir. Quyunun suyu analizə verilmişdir və su içməyə yararlıdır.
IV mərtəbə
Qalanın bu mərtəbəsində Bakının qəlbi olan İçərişəhərin maketi qurulmuşdur. Maket üzərində İçərişəhər ərazisində yerləşən Dünya əhəmiyyətli Qız Qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi və ölkə əhəmiyyətli Sıratağlı dini — memarlıq kompleksi, Hacı Bani hamamı, Multanı və Buxara karvansaraları, Qoşa qala qapıları, Ağa Mikayıl hamamı və Qasımbəy hamamı kiçik karvansara tarixi memarlıq abidələri təqdim olunur. Qırmızı rəngdə işıqlandırılan abidə haqqında maketin mərkəzində video ekran vasitəsilə xarici və daxili görünüşünün təsviri əks olunur.
V mərtəbə
Burada elektron kitablar nümayiş olunur . Kitabları vərəqlədikcə gözünüzün önündə Qalanın müxtəlif tarixi səhifələri canlanacaq və qala öz əsrarəngiz sirləri ilə bölüşəcək.
I kitab — “Qız Qalası əfsanələri”, II kitab — “Qız Qalası festivalı”,III kitab — “Qız Qalası incəsənətdə”.
VI mərtəbə
Azərbaycanın dövlət rəmzi olan səkkiz guşəli gerbin maketini görürsünüz. Maketin üzərində vətənpərvərlik ruhunda Azərbaycan filmlərindən səhnələr (Babək, Nəsimi filmlərindən döyüş səhnələri), rəssam K. Hippiusun “Bakının dəniz tərəfdən görünüşü” adlı qravyurası əsasında tərtib olunmuş Diorama, eləcə də müdafiə silahlarının sərgilənməsi və xəncərin şüşə üzərində animasiyası nümayiş olunur.
VII mərtəbə
Bir çox tədqiqatçılar Qız Qalasının ilkin olaraq dini məqsədlərlə ucaldıldığını, dini mərasimlərin keçirildiyi bir ibadətgah olduğunu qeyd edirlər. Onların fikrincə, bu vaxtilə günəşə sitayiş edən yerli sakinlərin inanc və ayinləri ilə bağlı olmuşdur.
Buradakı video görüntülü instalyasiya odun Azərbaycan xalqı üçün qədim dövrlərdən müqəddəs sayılması haqqındadır.
VIII mərtəbə
“Qədim rəsədxana animasiyası” Qız Qalasının strukturu və yerləşdiyi mövqe ondan günəş rəsədxanası olaraq istifadə edildiyi fikrini irəli sürür. Astronomlar buradan üfüqdə günəşin çıxma nöqtəsini müşahidə edirdilər. Günəş siklinin ən mühüm hadisələrindən bəziləri binanın struktur cəhətlərinə, xüsusilə də dayağının mövqeyinə uyğun gəlir.