Ana səhifəl / Muzeylər və ekspozisiyalar / Virtual tur / Qız Qalası — Virtual Turu

Qız Qalası — Virtual Turu

Almaniyanın EKМ Global Consulting GmbH. şirkəti (www.ekmgc.de) və mədəni irs üzrə startaper Səbinə Zülalovanın (sabinazulalova.com) birgə əməkdaşlığı ilə ilk dəfə olaraq Qız Qalası memarlıq abidəsini «World Heritage 3D Scanning» proqramında təqdim edir.

Bu layihə 18 may 2020-ci il Beynəlxalq Muzeylər Günü münasibətilə həyata keçirilmişdir. «World Heritage 3D Scanning» proqramı tarixi abidələrin vizuallaşdırılması və sənədləşdirilməsidir hansı ki, burada bir memarlıq və mədəni irs obyektinin rəqəmsal arxivləşdirilməsi üçün xüsusi sənədlər yaradılır. DWG fayl isə üçölçülü sənəd kimi hər hansı bir üçölçülü faylın proqram təminatıdır.  Bu proqram bir obyekti tam ölçüdə skan edərkən məlumatları, abidə və ya obyekt kataklizmlər nəticəsində dağılmaya məruz qalarsa onun yenidən peşəkar şəkildə  qurulması və bərpası zamanı istifadə edilə bilən rəqəmsal mediada saxlayır. Qız Qalasının 3D 360 o virtual turu da ilk dəfə olaraq bütün mərtəbələr üzrə iki dildə məlumat nöqtələri, qalanın yuxarısından şəhərin panoramik mənzərəsi və öz veb saytınıza yerləşdirə biləcəyiniz virtual tur üçün keçid kodu vasitəsilə təqdim edilir. 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *