Ana səhifəl / Muzeylər və ekspozisiyalar / Muzeylər / “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunu

“Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunu

Qala” Dövlət Tarix- Etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin  tarixi hissəsində yaradılmşdır.

Qoruğun ərazisi 81.5 hektardır. Bu ərazidə 228 memarlıq və arxeoloji abidə qorunur. Aşkar edilən ən qədim abidə e. ə III minilliyə aid olan qədim yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndinin ərazisində insanlar yaşayaraq məskunlaşmışdır. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, 4 ovdan ,yeraltı kəhrizlər, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.

Qəsr-qala

Abidə kəndin ən qədim yaşayış ərazisindətikilmişdir. 2009-cu ildə Qala ətrafında  başlayan arxeoloji qazıntılar zamanı qalanın X-XII əsrlərə aid olması barədə məlumatlar əldə edilmişdir. Dövrümüzə qədər qalanın bir hissəsi və divar qalıqları gəlib çatmışdır. Qala 2009-cu ildə  H.Əliyev Fondu tərəfindən  yenidən bərpa olunaraq bilavasitə öz əvvəlki görkəmində qurulmuşdur.

“Məhəmməd imarəti ” türbəsi

“Məhəmməd imarəti ” türbəsi 1624-1625-ci illərdə inşa olunmuşdur. Türbənin girişinin üzərində arxitravın altı hissəsində ərəb dilində nəsx xətti ilə yazılmış kitabədə qeyd olunur: “Bu binanın məğlubedilməz Şah Abbas Heydərin və əl-Hüseyn Hacı Məhəmməd əl-Kəlainin hakimiyyəti günlərində h.q. tarixi ilə 1034-cü ildə (1624-25-ci illərdə) tikməyi əmr etmişdir” Türbənin üzərində “imarət” sözünün olması və qədim yollar üstündə inşası buradan ictimai tikili kimi istifadə olunma ehtimalını göstərir.

Arxeoloji- Etnoqrafik Muzey Kompleksi

“Qala” Dövlət tarix-etnoqrafiya qoruğu  Azərbaycan Respublikasının  Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılmışdır. Tarixinin 5000 il əvvələ aid olduğu Qala qədim yaşayış məskənidir.

Arxeoloji Etnoqrafik Muzey Kompleksi” 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində  açıq səma altında yaradılmışdır.

Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qala qəsəbəsinə  və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanaraq bərpa olunmuşdur.

Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq  nümunələri və s. ilkin görünüşündə qurulmuşdur. Müasir muzey və abidələrin mühafizəsi tələblərinə uyğun olaraq 1,5 hektar ərazidə Abşeronun tarixi incilərini seyr etmək üçün şərait yaradılmışdır.

“Göy günbəzli” Tərəkəmə məhəllə məscidi

Tərəkəmə   məhəlləsində  yerləşən,1911-ci  ildə  tikilmiş“Göy günbəzli” məscidbərpa olunaraq dini məqsədlər üçün istifadə edilir. Məscid orta günbəzli tikilişə malikdir, cənub və qərb tərəfdən isə meydana baxır. Şərq fasadı əhənglə örtülmüş və bəzədilmişdir. Tac şəklində olan giriş hissəsinin üzərində ay və 8 guşəli ulduz təsvir edilmişdir.

Məhəllə  meydanının memarlıq  dominantı olan  məscidin baş  fasadı  arxadakı  kiçik  həyətə  açılır.  Həyətdəki  daş  tavalar  və  hovuz  məscid  tikilisini  tamamlayır.  Məscidin  baş  fasadı  “rustovka”  daşı  ilə  üzlənmiş  və  daşın  yaratdığı  gözəl  işıq-kölgə  effektindən  bəhrələnmişdir.  Giriş  qapısının  nəzərəçarpdırılması  məqsədilə  inşa  olunan, portalı  əvəz  edən  “pilyastr” lar  yarımdairəvi  tağ  şəkilli  qapını  hər  iki  tərəfdən  haşiyələyir. 

Balaverdi məscidi

Qala  kəndinin  şərq  ərazisində  yerləşən Balaverdiməscidi məhəllənin  ictimai  ibadət  tikilisidir.  İnşa  tarixi  1864-cü  ilə  aid edilən  məscidin, Kərbəlayı  Süleyman  tərəfindən  tikdirildiyi bildirilir. Giriş  qapısının  üzərindəki epiqrafik  daş  kitabə,  Balaverdi  adlı  imkanlı  şəxsin  məscidi  bərpa  etdirməsindən  sonra  hörülmüş  və  tikili o  vaxtdan “Balaverdi  məscidi”  adını  almışdır.

Məscid  kəndin  baş  küçəsi olan Qala  küçəsinin  sağ  “qolunda”, alçaq evlərlə  təzadda, həcm-məkan  həlli  ilə  uzaq  məsafədən  seçilir. Məhəllə  meydanında  mərkəzi  mövqe  tutması, məscidinin  məkan  mühitində  memarlıq  mahiyyətini  əsas  faktor  kimi  qeyd  edir.  Eninə  uzanan  baş  fasad isə asimmetrik formada  həll  olunmuşdur.

Giriş  qapısı  ilə  eyni  hündürlükdə  açılmış  üç  pəncərə,  məscidin  daxili  plan  quruluşuna  uyğun  yerləşdirilmişdir. Girişi  nəzərə  çarpdırmaq  məqsədi  ilə qapı,  portalı  əvəz  edəcək  çərçivə  ilə  əhatə  olunmuş, fasad isə yuxarıdan “karnizlə”əhatələnmişdir. 

Bir vaxtlar çərçivənin  içərisinə  yerləşdirilmiş, tikilinin tikilmə tarixi haqqında  məlumat  verən  daş  kitabə  təəssüflər  olsun  ki, hal- hazırda yerində  yoxdur. 

Bayraməli hamamı

Bayraməli hamamının epiqrafik kitabəsindən  onun 1881-ci ildə tanınmış yerli sakin Bayraməli tərəfindən təmir edildiyi məlum olur. Hal-hazırda hamam işlək vəziyyətdədir və burada müvafiq etnoqrafik mərasimlər keçirilir.

Çəmbərəkənd məscidi

Məhəllə  məscidinin  tarixi  onun  fasadına  həkk  olunmuş  yazılı  kitabəyə  əsasən 1842-1843-cü  illərə  aid edilir.  Yerli  əhali  isə  məscidin  daha  qədim  olduğunu  qeyd  edir. 

Çəmbərəkənd  məhəllə  məscidimemarlıq-plan həllinə  görə  kvadrat  şəkilli  çox  da  böyük  olmayan  həcm-məkan  tutumuna  malikdir.  Daxili  məkan,  mərkəzdəki  dörd  dayaq  sisteminin  köməyi  ilə  doqquz  seksiyaya  bölünmüşdür.  Məscidin  ibadət  zalı  mərkəzi  günbəzli,  xaç  şəkilli  konstruktiv  formaya  əsaslanır.  Bu  plan  quruluşu  Alban-xristian  memarlığının  təsiri  altında    yaranmışdır.  Dayaq  sistemlərinin  yaratdığı  tağlar,  təkcə  günbəzin  barabanının  yükdaşıyıcı  elementləri  kimi  deyil,  eləcə  də  zalın  künclərində  iki  mərtəbəli  hücrələrin  yaradıcısı  kimi də fəaliyyət  göstərirlər.  Künclərdəki  hücrələr  konstruktiv  həllinə  görə  xüsusi  maraq  kəsb  edir. 

Ovdan

Ovdan  XVII  əsrdə,  Şah  Abbasın  dövründə  qəbiristanlıq  ərazisində  tikilmişdir.  Ovdanın  epiqrafik  yazıları  qiymətli  abidə  kimi  Şirvanşahlar  Sarayı Kompleksində  mühafizə  edilir.  Epiqrafik  yazının  ərəbcədən  tərcüməsi  belədir:  “Bu dövr  ədalətli  şah,yer  üzündə  böyük  Allahın  kölgəsi  Şah  Abbas  Səfəvinin  hakimiyyətinə  aiddir.Allah  onun  hakimiyyətini  daimi  etsin.  Bu  ovdan  kəndxuda  Nurməhəmməd  oğlu  Fuladın  əmri  ilə   miladi 1665-ci  ildətikilmişdir”  Ovdanın  yerüstü  hissəsi,  Abşeron  memarlıq  ənənələrinə  uyğun,  girişi isə  baş  tağla  qeyd  işlənilmişdir.  Yarım  dairəvi  baş  tağın üstündə  kitabə  həkk  olunmuşdur.  Girişdən  yeraltı  su  hövzəsinə  kimi  17  pilləkən  düşür. 

Hacı Ramazan məscidi

Məscid kəndin  şimal hissəsində  yerləşən  eyni  adlı  məhəllənin  yeganə  monumental  tikilisidir. “T” şəkilli  plan  kompozisiyası olan məscidin  tarixi  XVII-XVIII  əsrlərlə  bağlanır.  Tikilmə  tarixinə  görə  Cümə  məscidindən  sonra  inşa  edilən bu  məhəllə  məscidi  kəndin  ən  qədim  dini  tikilisi  kimi  qəbul  oluna  bilər.  Kompozisiya  həllinə  görə  iki  zallı olan  Hacı Ramazan məscidinin  tikintisinin  müxtəlif  dövrlərdə  iki  mərhələdə  aparıldığı  müəyyən  edilmişdir.

Qala Əntiq Əşyalar Muzeyi

Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı”ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır.

Uzun illər ərzində yığılmış zəngin kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Onun əsasını təşkil edən Azərbaycan ustalarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabad, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilmiş və hər zaman böyük maraqla qarşılanmışdır.

Bu muzeyində unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 1-ci və 2-ci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri sərgilənir.

Cümə məscidi

Məscidin inşa tarixi XVII əsrə aid edilir, lakin  məscidin üzərində həmindövrdə artıq bərpa işləri aparıldığına görə onun inşa tarixini daha qədim hesab etmək olar. Memarlıq üzrə mütəxəssislər  Cümə məscidinin  bir necə dəfə yenidən qurulması və əlavələrin olunması nəticəsində bu fikrəgəliblər. Alimlərin ehtimalına görə  məscidin ən qədim hissəsi yeraltı tikililər ilə birlikdə erkən orta əsrlərə aid edilir.

Qum hamamı

XII-XIV əsr memarlıq quruluşuna malik olan hamam xalq arasında “Qum hamamı” kimi tanınır. Torpağın altında yerləşən hamamınsanitariya-gigiyena məqsədləri üçün ayrılmış otaqlardan əlavə istirahət otaqları da vardır. Hamam səthindən 1,5-2m  aşağıda yerləşməsidir. Bu da isti-soyuğun tənzimlənməsi və saxlanması rolunu oynayır. Hamamın arxa tərəfində  qazanxanası var.Hamam divarların içi və döşəmənin altı ilə çəkilən  saxsı (keramik) borular vasitəsilə qızdırılırmış. Arxeoloji tədqiqatlar zamanı burada qədim su və təbii qaz kəmərləri də aşkar  edilmişdir.

Şor Hamamı

“Şor hamam” kəndin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşirdi. Hamama göldən su çəkilmişdi. Suyu duzlu olduğu üçünbu hamam daha çox müalicəvi məqsəd daşımışdır. Duzlu sudan daha çox dəri xəstəlikləri zamanı istifadə olunan hamamın ancaq özül hissəsi bu günümüzə qədər gəlib çatmışdır.

 2012/13-cü illər ərzində hamamda aparılan arxeoloji qazıntılar hamamın XVIII əsrdətikildiyini və istifadəolunduğunusübut etmişdir.Buradan aşkarlanan dəmir materiallar isə onun XIX və XX əsrlərdə yenidən bərpa olunduğunu göstərir. 

Türbə

Türbənin  XVIII  əsrdə  tikildiyi  ehtimal olunur.  Lakin kimə  məxsus  olması  haqda  heç  bir  məlumat  yoxdur.  Maraqlı  plan  quruluşuna  malik  olan  bu  memarlıq  abidəsi  iki  mərtəbədə öz  həllini  tapmışdır.24  kv. msahəsi  olan  I  mərtəbədəki  otaq  sanki  türbənin  “pyedestalı”  rolunu  oynayır. Tağ-tavan  sistemi  ilə  örtülmüş  otaq,  yer  səviyyəsindən  nisbətən  aşağıda tikilmişdir.  Pəncərəsiz  “yerləşkə”  kiçik  qapı  açırımı  və  navalçası  ilə  yadda  qalır.  Otağın  üstündə,  ikinci  mərtəbənin  mərkəzi  hissəsində  kvadrat  əsaslı  türbə  yerləşir.

Türbənin  interyerində  şimal  və  şərq  istiqamətinə  açılmış  pəncərələr,  qərb  divarındakı  kiçik  taxça  diqqəti  cəlb  edir. Türbə  yarımsferik  formalı  günbəzlə  örtülmüşdür. 

Türbənin  iki  mərtəbədə  həlli  çox  güman  ki,  burada  dəfn  olunmuş  müqəddəs  şəxsdən  mətləb  istəmək  üçün  nəzərdə  tutulmuşdur.

Həmçinin yoxlayın

Qız Qalası

Qız Qalası  Bakının  tarixi tikililəri arasında  ən möhtəşəm  və əzəmətli  memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun  Ümumdünya İrs  siyahısına salınmışdır. Qız Qalasının  hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının  qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr  təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan  kontrforsla  tamamlanan silindrik  formaya uyğundur. Qalanın  səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının  cənub – şərq hissəsində  qurulmuş  pilləkənlə birləşir. Yalnız  birinci və ikinci mərtəbələr arasında  əvvəllər pilləkən mövcud olmamışdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *