Ana səhifəl / Dükan və kafe / “Qala Etno” muzey kafesi

“Qala Etno” muzey kafesi

«Qala» Dövlət Tarix Etnoqrafiya qoruğunda XIX əsrə aid tarixi yaşayış evində “Qala Etno” muzey kafesi fəaliyyət göstərir. Burada etnoqrafik üslubda tərtib edilmiş həyətlərdə, əsl kənd ab-havası və gözəl istirahət məkanı yaradılmışdı.

 

Etno kafedə «Qala cinsli» qoyun ətindən hazırlanmış tam təbii və ləziz Qala qutablarının, kababların və ətirli samovar çayının dadına baxa bilərsiniz. Milli mətbəximizin dadlı təamları  ilə bəzənmiş süfrələr sizə əsl Abşeron bağlarının ab-havasını hiss etdirəcək.          

Yaxınlıqda yerləşən Şor gölün mənzərəsi isə etno kafeyə xüsusi rəng və canlılıq qatır. Ərazidə avtodayanacaqlar və uşaqlar üçün əyləncə zonası da mövcuddur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *