Ana səhifəl / Xəbərlər / Tədbirlər / “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir

“Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən «İçərişəhər» Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində «Qala»  Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir.

Layihə çərçivəsində baş tutmuş tədbirdə «İçərişəhər» DTMQİ-nin əməkdaşlarının və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Fəxri Üzvlərinin iştirakı ilə seçilmiş müvafiq ərazilərdə 50-yə yaxın nar ağacı əkiləcək və  «Qala» DTEQ ərazisində yerləşən tarixi abidələrlə də tanış olmuşdular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə, 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə  “Nizami Gəncəvi İli” elan edilmişdir.  Həyat və sevginin ilahi simvolu sayılan nar təsviri Nizami Gəncəvinin yaradıcılığında , poema və miniatürlərdə daha çox  tərənnüm edilmişdir. Sözügedən sosial məsuliyyət layihəsi məhz bu çərçivədə təşkil edilən müxtəlif silsilə tədbirlərin bir parçasıdır.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının mədəni həyatında, qədim adət-ənənələrində, kənd təsərrüfatında xüsusi yer tutan nar mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *