Ana səhifəl / Xəbərlər / Tədbirlər / İnkvizisiya — Orta Əsr İşgəncə Alətləri

İnkvizisiya — Orta Əsr İşgəncə Alətləri

23 fevral 2019-cu il tarixində “ İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində istifadə edilmiş “ İnkvizisiya-Orta Əsr İşgəncə Alətləri” sərgisi açılmışdır.

“İçərişəhər” kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı vermişdi. Ekspozisiyada qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün xüsusi olaraq düşünülmüş 70-ə yaxın qurğu nümayiş edilmişdir. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr İnkvizisiyası dövründə çox geniş yayılmış bir təcrübə olmuşdur.

Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngin idi. Ziyarətçilərə təqdim olunmuş ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir, axı buradakı hər bir eksponat tam mənası ilə, yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.

Həmçinin yoxlayın

«İçərişəhər» Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Fotoqrafiya Evi

“İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisi, kolleksioner Bəhruz Hüseynzadə sizə Bakının zəngin və unikal tarixi memarlığını əks etdirən fotolardan başqa, Azərbaycanın, eləcə də dünya fotoqrafiya sənətinə, fotonun tarixinə aid rəngarəng sərgilərin təqdim edildiyi bu məkan haqqında danışacaqdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *