İçərişəhərin Qoşa Qala Qapıları yaxınlığında arxeoloqlarımız tərəfindən XVII əsrə aid olan hamam abidəsi aşkar edilmişdir.
Təqdim edilən videoçarxda “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova bərpa və konservasiya edilmiş hamam abidəsinin tarixi, su təminatı, isitmə sistemi haqqında bu günədək bilmədiyiniz ən yeni məlumatları verəcəkdir.