Ana səhifəl / Xəbərlər / Tədbirlər / “İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Xan Sarayı Kompleksi

“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Xan Sarayı Kompleksi

Tanınmış teleaparıcı Rahib Azərinin uşaqlıq və gənclik illərini keçirdiyi qədim Bakı qalasına, İçərişəhərə səyahəti haqqında videoçarxı təqdim edirik. Həyatının çox hissəsini İçərişəhərlə bağlamış olan jurnalistin əməkdaşlarımızla “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyaları haqqında olan söhbətini izləməyə tələsin!

I. Bakı Xan Sarayı Kompleksi. Park İçərişəhərin Qoşa Qala Qapıları yaxınlığında, Bakı xan ailəsinə məxsus Saray Kompleksi yer alır. XVIII əsrin memarlıq kompleksi ərazisində hazırda bərpa işləri aparılmaqdadır. Videoçarxda “İçərişəhər” Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovanın abadlaşdırılmış park və bərpadan sonra ictimaiyyətə təqdim ediləcək yeni muzey ekspozisiyası haqqında söhbətini izləyə biləcəksiniz.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *