Ana səhifəl / Xəbərlər / Anons / İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi sənətkarlıq Festivalını keçiriləcək

İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi sənətkarlıq Festivalını keçiriləcək

28 sentyabr — 4 oktyabr 2019-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) birlikdə İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi sənətkarlıq Festivalını keçiriləcəklər.

Festivalda bütün dünyada şöhrət qazanmış, 35 islam ölkəsinə məxsus qədim incəsənəti yaşadan sənətkarlar iştirak edəcək, onların yaratdığı sənət nümunələri nümayiş ediləcək, rəngarəng əyləncəli tədbirlər təqdim olunacaqdır. Festival günlərində Beynəlxalq Konqres, sənətkarların əl işlərinin sərgisi və ən yaxşı sənətkarlıq nümunələrinin mükafatlandırılması mərasimi də keçiriləcəkdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *