Ana səhifəl / Xəbərlər / Tədbirlər / “İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Kazan şəhərində səfərdə olub

“İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Kazan şəhərində səfərdə olub

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyəti Tatarıstan Respublikasının Kazan şəhərində səfərdə ezamiyyətdə olmuşdur. Nümayəndə heyətinə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və Bakı Marionet Teatrının direktoru Tərlan Qorçu rəhbərlik etmişlər.

İşgüzar səfər çərçivəsində “İçərişəhər” Muzey Mərkəzinin nümayəndə heyətinin 24–25 dekabr tarixlərində Tatarıstan Respublikasının Mədəniyyət naziri İradə Hafizyan Ayupovla, “Qədim-Tatar” yaşayış məntəqəsinin prefekti Robert Qəripovla, habelə “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və Sənət Muzeyi Qoruğunun direktoru Valeyevoy Zilyey Rəhimyanovla görüşləri baş tutub.

Görüş çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq barədə memorandum imzalanıb, həmçinin birgə sərgilərin təşkili və treninqlərin keçirilməsinin məqsədyönlülüyü barədə müzakirələr aparılıb. Nümayəndə heyəti üçün İslam Mədəniyyəti Muzeyi və “Blaqoveşenskiy” kilsəsinin Tarix Muzeyinə və ümumilikdə Kazan Kremlinə ekskursiya təşkil edilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *