Masonry Layout

“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Xan Sarayı Kompleksi

Tanınmış teleaparıcı Rahib Azərinin uşaqlıq və gənclik illərini keçirdiyi qədim Bakı qalasına, İçərişəhərə səyahəti haqqında videoçarxı təqdim edirik. Həyatının çox hissəsini İçərişəhərlə bağlamış olan jurnalistin əməkdaşlarımızla “İçərişəhər” Muzey Mərkəzinin ekspozisiyaları haqqında olan söhbətini izləməyə tələsin!

Daha ətraflı »

“Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən "İçərişəhər" Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə 3 mart 2021-ci il tarixində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir.

Daha ətraflı »

Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi keçirildi

EKM Global Consulting GMbH şirkəti ilə imzalanmış qarşılıqlı əməkdaşlıq Memorandumu 2 Mart, 2021-ci il tarixində saat 12:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Almaniyanın "EKM" Global Consulting GMbH şirkəti və “start-upper” Səbinə Zülalova ilə birgə hazırlanmış olduqları dövlətçilik tariximizin rəmzi hesab olunan XII-XV əsr abidəsi Şirvanşahlar Sarayı Kompleksinin 3600-li 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi Saray Kompleksinin "Taxt-tac" zalında mərhələli formada baş tutmuşdur.

Daha ətraflı »