Ana səhifəl / “İçərişəhər” Muzey Mərkəzi

“İçərişəhər” Muzey Mərkəzi

İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2018-ci il 558 saylı qərarına əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu kimi yaradılmışdır.

Əsrlərin sınağından qürurla keçmiş əfsanəvi Qız Qalasını, minillik tarixi dövrə şahidlik etmiş Şirvan şahlarının iqamətgahı olan Şirvanşahlar Sarayı Kompleksini, geniş ərazidə canlı bir orqanizm kimi təbiətlə insan arasında xoş ünsiyyət yaradan «Qala» Dövlət Tarix Etnoqrafiya Qoruğunu, əsrlər keçsə də öz müqəddəsliyini itirməyən Sıratağlı Dini Memarlıq Kompleksini, zamanı və insanları birləşdirən, hamıya bəşəri məhəbbət hissi aşılayan Bəylər məscidini, həmçinin qədim şəhərin ruhunu, tarixi hadisələri və şəxsiyyətləri fotoşəkillərdə əks etdirərək nəsildən-nəslə ötürən Bakı Fotoqrafiya Evini və Övliya Çələbinin “Səyahətnamə”sində adı çəkilən XVII əsrə aid Yeraltı hamamını özündə birləşdirən “İçərişəhər” Muzey Mərkəzinin qapıları üzünüzə açıqdır.

Yeni yaradılmış, özündə möhtəşəm muzey ekspozisiyalarını birləşdirən «İçərişəhər» Muzey Mərkəzi zəngin tariximizi, çoxşaxəli mədəniyyətimizi və vətənimiz Azərbaycanı bütün dünyaya tanıdır!

“İçərişəhər” Muzey Mərkəzinə daxil olan daimi və səyyar ekspozisiyalar, zamanın tələbinə uyğun olaraq yenilənən innovativ, müasir texnologiya və avadanlıqlar vasitəsi ilə keçirilən təqdimatlar müasirlik və qədimlik arasında yaradılan bir körpüdür. Hamınızı bu zaman körpüsü ilə səyahətə dəvət edirik!

 

Administrasiya

Administrasiya