Ana səhifəl / Xəbərlər / Anons / Fotoqrafı Dmitri Yermakovun kitabın çap olunması üçün məlumat toplanılır   

Fotoqrafı Dmitri Yermakovun kitabın çap olunması üçün məlumat toplanılır   

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində fotoaparatların yeni kəşf olunduğu vaxtlarda və fotoqraf peşəsi yeni yarananda şəhərləri, şəhərlərdə olan tikililəri sistemli şəkildə çəkən fotoqraflara çox az rast gəlinirdi.

Bu baxımdan dövrünün tanınmış fotoqrafı Dmitri Yermakovun (1845–1916) Bakıya aid fotoşəkilləri mühüm əhəmiyyət kəsb edir. Yermakovun öz dövrünün görkəmli fotoqrafı və kolleksiyaçısı olması barəsində xaricdə və respublikada müəyyən sayda məqalə və hətta kitablar mövcuddur. Onun kolleksiyasına daxil olan fotoşəkillər Bakının tarixi görkəminin bərpa edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Belə ki, Yermakovun kolleksiyasındakı fotoşəkillərdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakı şəhərinin bütün əsas hissələrinin: Ağ şəhərin, Qara şəhərin, neft mədənlərinin, liman və bulvarın, həmçinin ayrı-ayrı ictimai və inzibati binaların, zavodların, evlərin, malikanələrin, imarətlərin, bağ evlərinin, bəzən hətta ev və idarələrin interyerlərinin təsvirlərini görmək mümkündür. Hal-hazırda bu kitabın çap olunması üçün məlumat toplanılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *