Ana səhifəl / Xəbərlər / Tədbirlər / “Etno mətbəx“ adlı ustad dərsləri keçirildi

“Etno mətbəx“ adlı ustad dərsləri keçirildi

İçərişəhər Muzey Mərkəzi ilə “Azeri Home Chef” qrupu birlikdə “Qala” Dövlət TarixEtnoqrafiya Qoruğunda Azərbaycan xalqının zəngin mətbəx mədəniyyətinin daha da dərindən öyrənilməsi, həmçinin müxtəlif xalqların və etnik qrupların yeməkləri ilə tanış olmaq məqsədilə silsilə şəkildə “Etno mətbəx“ adlı ustad dərslərinin keçirilməsinə başlamışdır.

Dərslərin birinci məşğələsi – 18.08.2019-cu ildə “Ukrayna varenikləri”nin hazırlanması prosesi “Caprice Lifestyle” jurnalının naşiri, Ukrayna Milli Jurnalistlər Birliyinin üzvü, siyasi məsləhətçi Alyona Markova və “Caprice Lifestyle” beynəlxalq jurnalının direktoru, “Qastronomiya” bölməsinin rəhbəri Oksana Kosenko tərəfindən keçirilmişdir.

İMM-in təşkilatçılığı, “Azeri Home Chef” qrupunun iştirakı, eləcə də “Viva-Şirniyyat”, “HillsideŞərab” və “İpəksu” şirkətinin tərəfdaşlığı ilə keçilən ilk məşğələyə gələn iştirakçı və qonaqlar böyük və eyni zamanda zəngin tarixi ənənələrə malik Ukrayna mətbəxinə məxsus ləzzətli “varenik”lərin 4 növünün (kartofla, ətlə, meyvəli və kəsmikli) dadına baxmaq imkanı əldə etmişlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *