Ana səhifəl / Xəbərlər / Tədbirlər / El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçirilmişdir

El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçirilmişdir

28 sentyabr – 4 oktyabr 2019-cu il tarixlərində “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsi ilə İslamTarixi, Mədəniyyəti və İncəsənəti Araşdırmalar Mərkəzi (IRCICA) birlikdə Azərbaycanın paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və bu çərçivədə 29–30 sentyabr tarixlərində “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresi keçirilmişdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilmişdir. “Nəsimi ili” ilə əlaqədar bu il “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin keçirilməsi qərara alınmışdır. Festival müasir dövrdə inkişaf edən islam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan oldu.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, şeyxül islam Hacı Allahşükür Paşazadə və bir çox hökumət rəsmiləri ilə yanaşı, islam Şərqinin 35 ölkəsinin nümayəndələri iştirak ediblər. Konqresdə islam Şərqinin 35 ölkəsindən alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, dövlət orqanlarının nümayəndələri, biznes, beynəlxalq qeyri-hökumət və ictimai təşkilatlar iştirak edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *