Virtual tur

Qız Qalası — Virtual Turu

Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir azərbaycanlının qürur duyduğu məkan “İçərişəhər” min illik tarixə malik olmuş və Azərbaycan dövlətçiliyinin rəmzi sayılan Şirvanşahlar dövlətinin paytaxtı qədim Bakının tarixi mərkəzidir. Qız Qalası  Bakının  tarixi tikililəri arasında  ən möhtəşəm  və əzəmətli  memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun  Ümumdünya İrs  siyahısına salınmışdır.

Daha ətraflı »

Bəylər məscidi — Virtual Turu

Xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan dini etiqadlara və ayinlərə etina göstərərək məsciddə “Müqəddəs əmanətlər”  ekspozisiyası yaradılmışdır. Ekspozisiyada islam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim Quran-i Kərim kitabları nümayiş etdirilir.

Daha ətraflı »