Muzeylər

Qız Qalası

Qız Qalası  Bakının  tarixi tikililəri arasında  ən möhtəşəm  və əzəmətli  memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun  Ümumdünya İrs  siyahısına salınmışdır. Qız Qalasının  hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının  qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr  təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan  kontrforsla  tamamlanan silindrik  formaya uyğundur. Qalanın  səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının  cənub – şərq hissəsində  qurulmuş  pilləkənlə birləşir. Yalnız  birinci və ikinci mərtəbələr arasında  əvvəllər pilləkən mövcud olmamışdır.

Daha ətraflı »

Şirvanşahlar Sarayı Kompleksi

İçərişəhərin Qərb qapısından daxil olan kimi Şirvanşahlar Sarayı minarə və günbəzlərinin əzəmətli ilə diqqətinizi çəkəcəkdir. Şirvan hökmdarlarının iqamətgahı olan  Şirvanşahlar Sarayı, qədim şəhərdə dominant rol oynayır.

Daha ətraflı »

Bəylər məscidi

Xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan dini etiqadlara və ayinlərə etina göstərərək məsciddə “Müqəddəs əmanətlər”  ekspozisiyası yaradılmışdır.

Daha ətraflı »

Yeraltı hamam XVII əsr

2016-cı ildə Qoşa qala qapıları yaxınlığında olan yeraltı hamamda arxeoloji qazıntı və təmizləmə işləri aparılmışdır. Yeraltı hamam, XVII əsrin əvvəllərinə aiddir.

Daha ətraflı »

Bakı Fotoqrafiya Evi

Bakı Fotoqrafiya Evi 2019-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qədim və əzəmətli tikili olan Zəncirli Binada açılmışdır.

Daha ətraflı »