Qız Qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun Ümumdünya İrs siyahısına salınmışdır. Qız Qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub – şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmamışdır.
Daha ətraflı »