Bəylər məscidi

Xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan dini etiqadlara və ayinlərə etina göstərərək məsciddə “Müqəddəs əmanətlər”  ekspozisiyası yaradılmışdır.

Ekspozisiyada islam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim Quran-i Kərim kitabları nümayiş etdilir. Öz mahiyyəti etibarı ilə bənzəri olmayan Qurani-Kərim insan həyatını nurla bəzəyərək, bir anda dəyişdirə biləcək böyük enerji və qüvvə mənbəyidir. O, müsəlmanlara həyatın daimi problemlərini (bütün bəşər aləminə) həlli yollarını göstərir, ona necə yaşamaq lazım olduğunu izah edir, qəlbin, davranışı, cəmiyyətin və fərdi həyatın bütün suallarına cavab verir.

İçərişəhər ərazisində sonuncu tikilən Bəylər  (1895-ci il) məscidində  İDTMQİ-si tərəfindən bərpa işləri aparılaraq, təyinatına uyğun olaraq muzeyləşdirilmişdir.

Həmçinin yoxlayın

Qız Qalası

Qız Qalası  Bakının  tarixi tikililəri arasında  ən möhtəşəm  və əzəmətli  memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun  Ümumdünya İrs  siyahısına salınmışdır. Qız Qalasının  hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının  qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr  təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan  kontrforsla  tamamlanan silindrik  formaya uyğundur. Qalanın  səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının  cənub – şərq hissəsində  qurulmuş  pilləkənlə birləşir. Yalnız  birinci və ikinci mərtəbələr arasında  əvvəllər pilləkən mövcud olmamışdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *