Ana səhifəl / Xəbərlər / Tədbirlər / “Bəşəriyyətin ilk incə sənəti” adlı beynəlxalq tədbir keçirmişdir

“Bəşəriyyətin ilk incə sənəti” adlı beynəlxalq tədbir keçirmişdir

Bəşəriyyətin ilk incə sənəti 2019-cu il 9 oktyabr tarixi Avropa Şurası tərəfindən həril “Avropa Qayaüstü İncəsənəti Günü” kimi qeyd edilməsi elan olunmuş və bu hadisə “Avropa İrs günləri” (EUROPEAN HERITAGE DAYS) layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilmişdir.

Bu əlamət dargünlə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2016-cı ildən PRAT-CARP təşkilatına üzv olduğunu nəzərə alaraq, “İçərişəhər” Muzey Mərkəzi 9 oktyabr 2019-cu il tarixdə “Bəşəriyyətin ilk incə sənəti” adlı beynəlxalq tədbir keçirmişdir. Tədbirdə PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routesof the Council of Europe) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incə sənəti” adlı mühazirəsi dinlənilmişdir.

Məruzədə dünya qitələrində mövcud olmuş qayaüstü təsvirlərdən, YUNESKO-nun siyahısına daxil olmuş qayaüstü incə sənət nümunələrindən, onların qorunması, tədqiqi məsələlə rinət oxunmuş,  Azərbaycan petroqriflərinin rəqəmsal texnologiyasının və bazasının öyrənilməsi məsələlərini vurğulamışdır. Tədbirin bədii hissəsində isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən mövzuya aid “Pantomima səhnəsi” nümayiş olunmuş və gənc rəssamlar tərəfindən “Dostluq karikaturası” çəkilmişdir. Sonda qalib gəlmiş 3 gənc rəssamın rəsmləri PRAT-CARP təşkilatına göndəriləcək, seçilmiş bir rəsm səyyar sərgidə iştirak edəcəkdir. Tədbirin sonunda gənc rəssamlar sertifikatlarla və hədiyyələrlə mükafatlandırılmışdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *