Ana səhifəl / Muzeylər və ekspozisiyalar / Muzeylər / Bakı Xan Sarayı Kompleksi

Bakı Xan Sarayı Kompleksi

1750-ci ildə Mirzə Məhəmməd xan tərəfindən inşa etdirilən Bakı Xan Sarayı Kompleksi xanlığın sonrakı hakimləri tərəfindən iqamətgah kimi istifadə edilmişdir.

1806-cı ildə Bakı xanlığının Rusiya imperiyasına daxil edildiyi vaxtdan kompleksin ərazisinin bir hissəsi hərbi komendantlıq, digər hissəsi isə əhalinin yaşayış yeri kimi istifadə olunmuşdur.

2018-ci ilin sentyabr ayından başlanan abadlıq işləri çərçivəsində ərazidə ilk öncə sahədə təmizlik işləri görülmüş, bərpa və konservasiya işləri aparılmış, yaşıllıq, ənənəvilik və müasirliyi özündə birləşdirən bağ salınmışdır.

Bağ ərazisində 92 ədəd yeni ağac əkilmiş, 160 ədəd işıqlandırma dirəkləri, projektorlar, 27 ədəd söhbətgah və oturacaqlar quraşdırılmışdır. Ümumi ərazidə 2640 ədəd güllərdən və 4932 ədəd həmişəyaşıl kollardan ibarət yaşıllıq zonası yaradılmışdır.

    Hazırda kompleksə daxildir:

  • Bina 1 — Bakı Xan sarayı muzeyi (təmiri davam edir)
  • Xan bağı
  • Yeraltı hamam, XVII əsr
  • Orta əsr tikililəri: Ovdan, Dulusçuluq emalatxanasının qalıqları, Suarıtma sistemi
  • Keçmiş Xan məscidində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin şou-rumu
  • Bina 2 — «Baqqal» suvenir və sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *