Bakı Fotoqrafiya Evi

Bakı Fotoqrafiya Evi 2019-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə qədim və əzəmətli tikili olan Zəncirli Binada açılmışdır.

Bakı Fotoqrafiya Evi sahə etibari ilə özündə dörd geniş və işıqlı sərgi zalını birləşdirir və onun ekspozisiyasına milli, sənədli və dünya fotoqrafiya sənətinin inciləri daxildir.

Mütəmadi olaraq nümayiş edilən sərgilərdən savayı Bakı Fotoqrfaiya Evində fotoqrafiya sənəti üzrə kurslar, yaradıcılıq axşamları, mühazirələr, ustad dərsləri və foto-turlar təşkil edilir.

Həmçinin yoxlayın

Qız Qalası

Qız Qalası  Bakının  tarixi tikililəri arasında  ən möhtəşəm  və əzəmətli  memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun  Ümumdünya İrs  siyahısına salınmışdır. Qız Qalasının  hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının  qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr  təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan  kontrforsla  tamamlanan silindrik  formaya uyğundur. Qalanın  səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin  divarının  cənub – şərq hissəsində  qurulmuş  pilləkənlə birləşir. Yalnız  birinci və ikinci mərtəbələr arasında  əvvəllər pilləkən mövcud olmamışdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *