Qız Qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Qız Qalası 2000- ci ildə YUNESKO - nun Ümumdünya İrs siyahısına salınmışdır. Qız Qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı bünövrə hissəsi 5 metr, yuxari qalxdıqca isə 4,5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir – birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub – şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında əvvəllər pilləkən mövcud olmamışdır.
Daha ətraflı »-
«İçərişəhər» Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Fotoqrafiya Evi
“İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisi, kolleksioner Bəhruz Hüseynzadə sizə Bakının zəngin və unikal tarixi memarlığını əks etdirən fotolardan başqa, Azərbaycanın, eləcə də dünya fotoqrafiya sənətinə, fotonun tarixinə aid rəngarəng sərgilərin təqdim edildiyi bu məkan haqqında danışacaqdır.
Daha ətraflı » -
“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Yeraltı Hamam
-
“İçərişəhər” Muzey Mərkəzi Rahib Azəri ilə — Bakı Xan Sarayı Kompleksi
-
NOVRUZ BAYRAMI
-
“Nar bağı” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilmişdir
-
Şirvanşahlar Sarayı Kompleksinin 3D virtual gürüntüsünün rəsmi təqdimat mərasimi keçirildi
-
Fotoqrafı Dmitri Yermakovun kitabın çap olunması üçün məlumat toplanılır